Müstəqil Dövlətlər Birliyi ölkələrinin hava hücumundan müdafiə sisteminin maliyyələşdirilməsi məsələsi təşkilatın hökumət başçılarının iclasında müzakirəyə çıxarılacaq.
HİT.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev "Sputnik Belarus"a bildirib.
Bu gün Minskdə MDB-nin mənzil-qərargahında Birliyin nizamnamə orqanları yanında daimi nümayəndələrin iclası keçirilir və burada digər məsələlərlə yanaşı, Hökumət Başçıları Şurasının iclasının gündəliyi də müzakirə olunacaq.
"Bu gün gündəmin əsas mövzusunun formalaşdırılması lazım gələcək", deyə Lebedev bildirib.
Onun sözlərinə görə, bir sıra suallar artıq qismən formalaşıb.
Samir