Adiləşən intiharlar: "Seriallarda olan intiharları da öz həyatlarında tətbiq edirlər"

HADİSƏ
18:04 / 29.08.2023
722

Son illər intihar hallarının sayı xeyli artıb. İntihar halları isə müxtəlif səbəblərdən baş verir. Psixoloji, fiziki basqı, şəxsin motivasiyası, depressiyaya düşməsi və sair kimi amillərdən dolayı özünəqəsd durumları görülür.

Bu gün isə Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib. Hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Aydan Ayaz qızı Fərzəliyeva yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Adətən, intiharın səbəbləri danışılsa da, qarşısını almaq yolları müzakirə olunmur.

Bəs, intiharların sayının azalması üçün nə etmək lazımdır?

Hit.az-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, bu tip məlumatları yaymaqla da intihar adiləşir: 

"Sosial şəbəkələrdə bu tip məlumatları dayandırmaq lazımdır. İnsanlar bunu tez-tez gördükcə onlar üçün intihar da adiləşir. Universitetə qəbul olmayanda, boşanmaq qərarına gəlirsə, ailəsi qəbul etmirsə, nikahdan kənar övladı dünyaya gəlirsə, çətinliyə düşürsə, intihar qərarına gəlir. Onlar intiharı ona görə seçirlər ki, artıq gözləməyə səbrləri yoxdur. Düşünürlər ki, hər hansı bir hadisə baş veribsə, bunlar üçün həyat bitib. İntihara cəhd edənlərin böyük əksəriyyəti də sonradan peşman olur. Bir insan olaraq, mərhəmət hissini qoruyub saxlamalıyıq. Bu gün isə rəylərdə görürük ki, insanlar aqressiv davranır, başqa birini ölümə səsləyir. İnsanlar seriallarda olan intiharları belə öz həyatlarında tətbiq etməyə başlayır. Bu da doğru yanaşma deyil, təhlükəli haldır. Belə seriallar, filmlərdən də uşaqlarımızı uzaq saxlamalıyıq ki, fəsadlarını görməyək".

Aynur Əli

0