“Aveta” şirkəti cərimələnə bilər

İQTİSADİYYAT
23:35 / 29.08.2023
479

“Aveta” MMC gömrük qaydalarını pozmaqda ittiham olunur. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Anar

0