Latviyanın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi respublikanın ÜDM-nin 1%-ni ötüb.
HİT.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri İnara Murnyes deyib.
Nazir vurğulayıb ki, Riqa hazırda Ukrayna əsgərlərinin hazırlanmasına diqqət yetirir. Xüsusilə, Latviya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin 3 min əsgəri üçün təlim təşkil etməyi öhdəsinə götürüb.
“Latviya çox şey edir. Ukraynaya hərbi yardımımız ÜDM-in 1%-ni ötüb, Bu, mənim ölkəmin ölçüsünü nəzərə alsaq, çox şeydir”, deyə nazir İspaniyada keçirilən Avropa İttifaqı (Aİ) ölkələrindən olan həmkarları ilə görüşdən əvvəl bildirib.
Eyni zamanda, nazir əlavə edib ki, Aİ-yə üzv dövlətlər Kiyevi daha da və effektiv şəkildə dəstəkləyə bilərlər.
Samir