ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskinin Rusiya nefti ilə bağlı tələbini yerinə yetirməyib. ABŞ lideri Rusiya nefti üçün yuxarı həddi bir barelə görə 30 dollara endirməkdən imtina edib.
HİT.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Materialda göstərilir ki, hazırda Rusiya Federasiyasından neftin marjinal dəyəri 60 dollar/barel təşkil edir. Eyni zamanda, Ukrayna hakimiyyəti Vaşinqtonu yanacağın qiymətini iki dəfə azaltmağa çağırsa da, indiyədək istədiklərinə nail ola bilməyiblər.
“Fakt budur ki, dövlətlər bunun Rusiyanı neft hasilatını azaltmağa sövq edə biləcəyindən ehtiyat edirlər ki, bu da qiymətlərdə kəskin sıçrayışa səbəb olacaq və qlobal iqtisadiyyatı həyəcanlandıracaq", deyə WP qeyd edir.
Həmçinin nəşr 2024-cü ilin ABŞ-ın sanksiya siyasəti üçün həlledici olacağını istisna etməyib. Buna səbəb ölkədə prezident seçkilərinin keçirilməsi, bunun nəticəsində hakimiyyətə yeni siyasi qüvvələrin gələ biləcəyidir. Nəşr qeyd edir ki, nəticədə Bayden administrasiyasının Moskvaya iqtisadi təzyiq kursu məhdudlaşdırıla bilər.
Samir