Süni intellekt "Qalatasaray"ın Çempionlar Liqasındakı rəqiblərini TƏXMİN ETDİ

İDMAN
16:21 / 30.08.2023
782

Süni intellekt tərəfindən daha bir maraqlı təxmin irəli sürülüb.

HİT.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubunun Çempionlar Liqasında hansı komandalarla düşəcəyi maraqla gözlənilir.

Süni intellekt İstanbul klubunun rəqibləri barədə proqnoz verib. Lakin onun təxmini "sarı-qırmızılar"ın azarkeşlərini razı salmayıb. Çünki proqnozda "Cim-Bom" "ölüm qrupu"na düşüb.

Süni intellektin təxmininə əsasən, "Qalatasaray" İspaniya nəhəngi "Real Madrid", İngiltərə çempionu "Mançester Siti" və Portuqaliya təmsilçisi "Braqa" ilə "G" qrupunda mübarizə aparacaq.

Pərviz

0