Hava çirklənməsinin qarşısı alınarsa: İnsan ömrü 2,3 il uzana bilər

DÜNYA
18:09 / 30.08.2023
614

Bütün ölkələr ÜST-nın havanın çirklənməsi standartlarına cavab verərsə, insanın orta ömrü 2,3 il uzadıla bilər.

Hit.az-ın məlumatına görə, bu barədə Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu (EPIC) tərəfindən nəşr olunan "Hava Keyfiyyəti Həyat İndeksi" adlı hesabatında bildirilib.

Bildirilib ki, göstərilən standartlar qorunarsa, bu, dünya əhalisinin ömrünü 17,8 milyard il artıra bilər.
Hesabatda hava çirkliliyinin insan həyatı üçün ən böyük xarici təhdid olmağa davam etdiyi vurğulanıb. Həmçinin, bunun Cənubi Asiyada ən çox ölümə səbəb olduğu qeyd edilib.

Hesabatda Banqladeş, Hindistan, Nepal və Pakistanda mövcud çirklənmə səviyyəsinin davam etməsinin insan ömrünü orta hesabla 5 il azalda biləcəyinə diqqət çəkilib.

2013-cü ildən bəri dünyada çirklənmə artımının təxminən 59-u Hindistanın payına düşür.

Aynur Əli

0