"Gilan Holding"in adının dəyişdirilməsi ilə yaradılmış şirkət ləğv olunur

İQTİSADİYYAT
19:00 / 30.08.2023
667

Bu ilin iyul ayında "Gilan Holding" MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" MMC ləğv olunduğunu elan edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.

"Xəzri Solutions" cəmi 160 manat nizamnamə kapitalına malikdir. Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
Xatırladaq ki, "Gilan Holding" 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

0