Şəhid Orxan Əsgərovun qızı Türkiyədə təhsil alacaq - FOTO

ÖLKƏ
23:57 / 30.08.2023
453
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Türkiyədə ali məktəbə qəbul olub.
 
HİT.az xəbər verir ki, bu barədə "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev məlumat verib.
 
O qeyd edib ki, şəhidimizin qızı Aysu Əsgərli Türkiyənin Bursa Uludağ Universitetinin Stomatologiya fakültəsinə daxil olub.
 
0