Məhkəmə "Kızılcık Şərbəti" ilə bağlı QƏRAR VERDİ

MAQAZİN
11:27 / 31.08.2023
789

Türkiyənin "Show TV" telekanalının təpki çəkən serialı "Kızılcık Şərbəti" yenidən gündəmdədir.

HİT.az xəbər verir ki, ekran işi ilə bağlı daha bir məhkəmə qərarı verilib.

Belə ki, "Gold Film" şirkətinin etirazından sonra Ankara 22-ci İnzibati Məhkəməsi serialın yayımının dayandırılması ilə bağlı qərarı ləğv edib.

Xatırladaq ki, sərt təpkilərin ardından Türkiyənin Radio Televiziya Üst Şurası (RTÜK) tərəfindən kanala pul və serialın 5 həftə dayandırılmasına qərar verilmişdi. Layihə iki həftə yayımlanmamış, onun əvəzinə isə RTÜK tərəfindən göndərilən sənədli filmlər nümayiş olunmuşdu. Cəzanın 3 həftəsinin isə tətbiq olunması təxirə salınmışdı. İndi isə məhkəmə həmin 3 həftəlik cəzanı da ləğv etdi.

Pərviz

0