"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.