Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yeni əsərə müraciət edib.
Bu barədə HİT.az-a açıqlamasında Əməkdar artist, rejissor Sərvər Əliyev məlumat verib.
O bildirib ki, kollektiv hazırda Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşa üzərində işləyir:
“Kollektiv avqustun 1-dən məzuniyyətdən qayıdıb. Çalışırıq ki, yeni mövsümü bu tamaşa ilə açaq. Əgər tamaşa üzərində işlər yekunlaşmasa, yeni mövsümü Mirzə Fətəli Axudovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası ilə açacağıq. O zaman “Qəribə adam” tamaşası oktyabrda təqdim olunacaq”.
Tamaşanın rejissoru Əməkdar artist intiqam Soltandır.
Azra