MN: "Ermənistanın yaydığı məlumat tamamilə yalandır"

HƏRBİ
13:07 / 01.09.2023
376

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır".

Bu barədə HİT.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", - məlumatda vurğulanıb.

0