Ali məktəblərə qəbulun yüksək olmasına səbəb nədir? - AÇIQLAMA

ÖLKƏ
13:39 / 01.09.2023
874

Bu il ali məktəblərin plan yerləri 94 faiz dolub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edilib. Müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6 592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1 389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93,94% dolub. Həmçinin, sentyabrın 5-dən 14-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacağı və göstəricilərin bir qədər də yüksələcəyi bildirilib.

Maraqlıdır, bu yüksək göstəriciyə səbəb nədir?

332960

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, plan yerlərinin müvafiq olaraq dolması hər il müşahidə edilən faktdır:

"Demək olar ki, əksər universitetlər plan yerlərini 100 faiz doldururdu. Bu il də həmin universitetlərdə yenə eyni qaydada plan yerləri dolub. Bu il plan yerlərinin 94 faiz dolu olması artırılmış plan yerlərinin çoxluğu ilə əlaqədardır. Yəni plan yerlərinin artımı ümumilikdə müsabiqə şərtini ödəyən abituriyentlərin, eyni zamanda subbakalavrların həmin plan yerlərində mübarizəsinin məntiqi nəticəsidir".

Ekspert vurğulayıb ki, təhsil keyfiyyətinin aşağı düşdüyü və yaxud da sualların çox sadə olması səbəbindən belə vəziyyətin yarandığını demək doğru olmaz:

"Çünki sualların sadə olmaması ilə bağlı həm abituriyentlər, həm də onların valideynləri dəfələrlə fikirlərini bildiriblər. Bununla bağlı kütləvi informasiya vasitələrində də çoxlu məlumatlar yayılıb. Burada sadəcə ayrılmış plan yerlərini dolduranlar abituriyentlər və subbakalavrlardır. Ona görə də belə bir qəbul göstəricisi ortaya çıxır".

Pərviz

0