Diş ağrıları hər birimiz üçün ən arzuolunmaz ağrıların başında gəlir.
HİT.az bildirir ki, bəzən ağrıların şiddəti o qədər çox olur ki, durmadan dərman atmaq məcburiyyətində qalırıq.
Lakin təbii yolla bu ağrıdan qısa zamanda xilas ola bilərsiniz. Diş ağrısından təbii yollarla xilas olmağın yolunu sizlər üçün təqdim edirik.
Belə ki, diş ağrısından həkimə getmədən və dərman qəbul etmədən qurtulmaq mümkündür. Bunun üçün qara bibəri əzərək toz halına gətirmək lazımdır. Ardınca isə onu balda qarışdırın. Bu qarışığı dişlərinizin dibinə sürtdükdə ağrıya səbəb olan bakteriyalar ölür və ağrılar anında keçir.
Pərviz