Azərbaycan antiterror əməliyyatını başladacaq? - ŞƏRH

SİYASƏT
16:28 / 01.09.2023
708

Bildiyiniz kimi, Ermənistan tərəfi Azərbaycana qarşı təxribatını davam etdirir. Belə ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Maraqlıdır, ermənilərin son təxribatları nəticəsində Azərbaycan antiterror əməliyyatına başlaya bilər?

Hit.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, erməni tərəfi nəyin bahasına olursa, olsun Azərbaycanı təxribata sürükləmək istəyir:

332976

"Erməni tərəfinin hazırda sərhəddə törətdiyi təxribat Amerika Birləşmiş Ştatlar Dövlət Departamentinin Azərbaycanın Laçın dəhlizində sərhəd buraxılış məntəqəsini ləğv etməsi ilə bağlı çağırışı və burada əvvəlki gediş-gəlişi bərpa etməsi, Dağlıq Qarabağda separatçı rejimin rəhbəri Araik Aratunyanın istefa verməsi fonunda baş verir. Erməni tərəfi nəyin bahasına olursa, olsun Azərbaycanı təxribata sürükləmək, Azərbaycan tərəfinin Dağlıq Qarabağdakı erməni icmasının işçi qrupu  ilə apardığı danışıqları dayandırmaq və Laçın dəhlizi ilə bağlı ABŞ və Fransanın dəstəyi əsaslnda Azərbaycan dövlətinə təzyiq və təhdidləri gücləndirmək istəyir. Sərhəddə yaşanan gərginliyin əsas səbəbləri budur. Azərbaycanın dövləti hər zaman bəyan edir ki, problemin həlli Azərbaycan Prezidentinin irəli sürdüyü 5 mühim prinsip əsasında mümkündür. Paşinyan rejimi isə bunun bir çoxunu qəbul edəcəyini söyləmişdi. Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi, əməli və bəyan etdiyi fikirlər arasında ziddiyətin olması Qərb tərəfindən gələn dəstəyin fonunda baş verir. Görünür, yeni dünya nizamının qəbul edilməsi ilə bağlı Qərb və Rusiya arasında Ukraynada yaşanan gərginlik, Ermənistan və Dağlıq Qarabağdakı sepetatçı rejim rəhbərlərində də belə bir fikir yaradır ki, Qərbin  xeyrinə ciddi dəyişikliklər olarsa, Qarabağ məsələsinin Ermənistanın maraqları kontekstində həlli istiqamətində addım atıla bilər. Amma yanılırlar. Heç şübhəsiz ki, Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə nəticələnəcək. Qərbin çox gözlədiyi Ukraynanın əks hücum əməliyyatı puça çıxdıqdan sonra Ermənistanın Qərbpərəst hakimiyyəti Azərbaycanın irəli sürdüyü təkliflərə boyun əyməli olacaq".

Onun sözlərinə görə, Azərbaycan tərəfi antitteror əməliyyatl keçirməlidir:

"Bununla belə, Azərbaycanın antiterror əməliyyatı keçirmək üçün hüququ var. Antitettor əməliyyatı keçirilərsə, nə region dövlətləri, o cümlədən qardaş Türkiyə və Rusiya tərəfindən münasibətdə ciddi adekvat reaksiya olmayacaq. Düşünürəm, Rusiya ilə razılaşdırılmış şəkildə Azərbaycan növbəti dəfə antiterror əməliyyatına gedəcək".

Aynur Əli

0