AzQAC-ın baş katibi: "Məqsədimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdırmaqdır"

ÖLKƏ
12:17 / 02.09.2023
418

“Məqsədimiz gətirdiyimiz ərzaq yükün ünvana çatdırmaqdır”.

Bunu APA-ya açıqlamasında Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib.

O, bildirib ki, artıq biz 5 gündür ki, müvafiq bir işçi heyəti ilə Ağdam-Xankəndi yolundadırlar.

"Gətirdiyimiz 40 ton un məmulatı ilə burda gözləyirik. Məqsəd, məramımız ondan ibarətdir ki, giriş izini alınan kimi bu və ya digər şəkildə bu iki yük maşınında olan ərzaq yükünü, daha dəqiq desək 40 ton unu, Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Bu gün hələki heç bir danışıqlar aparılmayıb. Ancaq hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməni sakinlərə çatdırana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik".

0