"Əgər yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər".
HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdırlar:
"Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş verə bilər".