Almaniyanın avtomobil istehsalçısı "Volkswagen"in Avropada ən çox satılan modeli bəlli olub.
HİT.az xəbər verir ki, sözügedən markanın cari ilin ilk yarısında Avropada ən çox satılan modelinin "T-Roc" olduğu açıqlanıb.
Bu barədə "JATO" ve "Dataforce" məlumat yayıb.
"Volkswagen"in "T-Roc" modeli keçən həftə təqdim edilən "Passat" ilə birlikdə şirkətin sonuncu benzinlə işləyən yeni avtomobillərindən biri olacaq.
Qeyd edək ki, "T-Roc" modeli ötən il də 231 min 100 ədəd satılmışdı. Bu il isə sözügedən modelin yeni versiyası satışa çıxarılıb.
Pərviz