"Mən Gənc Tamaşaçılar Teatrının Akademik Teatr adı alması ilə bağlı verilən təklifi iki əlli dəstəkləyirəm".
Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Vahid Əliyev deyib. O bildirib ki, həmin aktyorlar normal yaşamalı və keçirdiyimiz ağır günləri, üzləşdiyimiz çətinlikləri görməməlidirlər:
“Hər kəsin zəhməti qiymətləndirilməlidir. Biz heç kəsin puluna göz dikməmişik. Təqaüd alıram, yarımştat da işləyirəm, amma aldığım pul dərmanlara çatmır. Mən o adam deyiləm ki, qapıları düyüm. Mən mənliyimi sənətimə görə həmişə qorumuşam. Teatrda cavanlar işləyir, onların hər birinin ailəsi var. 15-20 günlərlə rayonlarda qastrollarda olurlar ki, dövlətin planını versinlər”.
Aktyor aylıq 300-500 manat maaşla yaşamağın çətin olduğunu qeyd edib:
“Bu haqda fikirləşmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev və Naibə Allahverdiyeva sözügedən teatrın Akademik status alması təklifi ilə çıxış ediblər.
Azra