“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi erkən nikah mövzusunda sosial-çarxı təqdim etdi

SOSİAL
17:27 / 04.09.2023
1303

“Uşaq və Gənclərin İnkişafına Dətək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erkən və qohumlar arasında nikahın mənfi nəticələri ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasını uğurla başa çatdırıb.

HİT.az-ın məlumatına görə, “Erkən və qohumlar arasında nikahın mənfi nəticələri ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi gənclər arasında bu sahədə təbliğatın düzgün qurulması məqsədi ilə həyata keçirilib.

Layihə çərçivəsində erkən və qohumlar arasında nikahın mənfi nəticələrinə dair biliklərinin artırılması, qızların təhsilə cəlb edilməsinin vacibliyi, erkən və qohumlar arasında nikah probleminin həlli yolları barədə sosial çarx hazırlanıb və ictimaiyyətə təqdim olunub.

İctimai Birliyinin hazırladığı “Erkən və qohumlar arasında nikahın mənfi nəticələri” mövzulu sosial çarx maarifləndirmə məqsədi daşıyır və bu problemin aktuallığını bir daha cəmiyətə təqdim edərək, həll yolları təklif edir.

0