Sabir Rüstəmxanlının partiyası qeydə alındı

SİYASƏT
19:30 / 04.09.2023
596

Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib. 

Bu barədə Qaynarinfo-ya partiyanın sədr müavini Samir Əsədli məlumat verib. 

O, bildirib ki, növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim ediləcək: 

"8686 nəfər reystrdə partiya üzvü kimi təsdiqlənib. Bu münasibətlə bütün partiya üzvlərini və tərəfdarlarımızı təbrik edirəm”. 

Qeyd edək ki, bundan əvvəl Vətəndaş Həmrəyli Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda texniki problemlər aşkarlanmışdı. Məhz bu  səbəbdən də partiyanın üzvləri ilə bağlı siyahı geri  qaytarılmışdı. 

0