Nazirə yaxın şəxs dövlət qurumlarını məhkəməyə verdi

İQTİSADİYYAT
19:05 / 04.09.2023
591

“Azsığorta” ASC Səbail Rayon İcra Hakimiyyəti ilə “Azərsu” ASC-ni məhkəməyə verib. 

Hit.az xəbər verir ki, şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. 

İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

"Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. 

Anar

0