Xalq artisti: "Yubileymdə ən böyük hədiyyəni oğlum verdi"

MƏDƏNİYYƏT
10:58 / 05.09.2023
632

Bu gün Xalq artisti, tar ifaçısı Elçin Haşımovun doğum günüdür.

50 yaşlı sənətkar Hit.az-a açıqlamasında arzularını bölüşüb: 

“Xoşbəxtəm, çünki torpaqlarımız işğaldan azad olunub. Bu ən böyük arzum idi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa diləyirəm. Şəxsi həyatımda bol-bol uğurlarım olub, xalqımızın, dövlətimizin bizə verdiyi dəyər və göstərdiyi diqqət sahəsində özümü xöşbəxt sayıram. Əlimdən gələni edirəm və bundan sdonra Allahın mənə verdiyi ömürdə çalışacam ki, milli musiqi, tarın inkişafında rolum olsun”.

Elçin Həşimov yubileydə ona ən böyük hədiyyəni övladının verdiyini qeyd edib:

“Əsas odur ki, ikinci oğlum ali məktəbə daxil olub. Mənə ən böyük hədiyyə bu olub. Bundan sonra nə olacaqsa, onu qazandığımız naliyyətlər kimi görəcəyik. Dövlət də sağ olsun, məni bütün fəxri adlara layiq görüb. Buna görə dövlət başçısına təşəkkürümü bildirirəm”.

Azra

0