Ukraynanın müdafiə naziri nə üçün istefa verdi? - ŞOK SƏBƏB

DÜNYA
12:05 / 05.09.2023
692

Ukraynanın müdafiə naziri Aleksey Reznikovun istefa verməsi gündəmi zəbt edib.

Onun müharibənin qızğın şəraitində nə üçün belə bir addım atdığı tam olaraq bilinmir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin Reznikovun istefasını tərəddüd etmədən qəbul etməsi də birmənalı qarşılanmadı. Bəziləri Ukrayna müdafiə nazirinin istefasının arxasında şübhəli məqamların ola biləcəyini idda edir.

Ümumiyyətlə, Aleksey Reznikov nə üçün istefa verdi? Onun istefasının əsl səbəbi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Aleksey Reznikovun istefasının səbəbləri çoxdur:

333152

"Amma bunu bir az Ukraynanın əks-hücumunun uğurlu olmaması ilə əlaqələndirirlər. Üstəlik, Reznikov Ukraynaya 100 milyard dollar dəyərində yardım göstərildiyini də açıqlamışdı. Lakin onun bu açıqlamaları ətrafında bir az narazılıq da yaratmışdı. Həmin açıqlamadan sonra təhlükəsizliyə dair söz-söhbətlər də artdı".

Ekspert vurğulayıb ki, Reznikovun istefası gözlənilirdi:

"Əslində Ukraynada müəyyən dəyişikliklərin olacağı gözlənilən idi. Sanki yeni müdafiə nazirinin təyin olunması da proqnozlaşdırılırdı. Fakt odur ki, Ukrayna artıq yeni hücumlarını Aleksey Reznikovla həyata keçirmək fikrində deyildi. Bunun özü belə qənaətə gəlməyə və istefa ilə bağlı fikir yürütməyə əsas verir".

Pərviz

0