Dərman zəhərlənmələrinin sayı niyə artıb? - Həkim

ÖLKƏ
16:38 / 06.09.2023
752

Avqust ayında dərman zəhərlənmələrinin sayında artım olub. Belə ki, ötən ay 83 nəfər dərmandan zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Maraqlıdır, dərman zəhərlənmələri hansı səbəblərdən baş verə bilir?

Hit.az-a danışan farmakoloq Aydın Əliyev deyib ki, dərman zəhərlənmələri adətən həkim nəzarəti və məsləhəti olmadan qəbul etdikdə baş verir:

"İnsan bədəni həmin dərmanı metobolizminə uyğunlaşdıra bilmir, maddələr mübadiləsi işini görmür nəticədə zəhərlənmələr baş verir. Buna görə də həkimsiz dərman qəbul etmək düzgün deyil. Dərmanları artıq doza qəbul etmək də zəhərlənmələrə səbəb ola bilər. Bunu da həkimlə məsləhətləşmək vacibdir. Ölkəmizdə dərmanları reklam edirlər, dərman reklam olunmaz. Azərbaycandan bunu yığışdırmaq lazımdır. Nəticədə düzgün oldu-olmadı, insanlar dərman alıb qəbul edirlər. Digər səbəb isə dərmanların vaxtının keçməsidir. Dərmanların vaxtı keçərsə, bu da zəhərlənmə halı yarada bilər".

Aynur Əli

0