Benyamin Netanyahu və Hikmət Hacıyev arasında görüş baş tutub - FOTO

SİYASƏT
21:40 / 06.09.2023
890
İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub.
 
HİT.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin eks səhifəsində bildirilib.
 
"Binyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub", - səfirliyin məlumatında qeyd olunub.
 

0