"Tesla" Çində rekord qırdı

AVTO
11:15 / 07.09.2023
1126

ABŞ-ın məşhur avtomobil istehsalçısı "Tesla" yeni rekord qırıb.

HİT.az xəbər verir ki, şirkətin Çinin Şanxay şəhərindəki fabriki istehsal etdiyi avtomobillərin sayı ilə gündəm olub.

Belə ki, sözügedən fabrik 2 milyondan artıq avtomobilin istehsal olunduğunu açıqlayıb. Bildirilib ki, 2019-cu ilin yanvar ayında istifadəyə verilən fabrikdə 1 milyon avtomobil həddini keçmək üçün 30 aydan çox vaxt lazım olub. Lakin artan tutumla 2 milyonuncu avtomobilin 13 aydan qısa müddətdə istehsal edildiyi vurğulanıb. 

Ümumiyyətlə, Şanxay fabriki "Tesla"nın ABŞ-dan kənarda yerləşən ən böyük istehsal müəssisəsidir. Burada istehsal olunan avtomobillər Çindən kənarda Asiya Sakit Okean, Avropa və ABŞ-a ixrac olunur.

Qeyd edək ki, Şanxay fabrikində istehsal olunan avtomobillərin sayı 2022-ci ildə əvvəlki illə müqayisədə 48% artaraq 710 minə çatıb. Fabrikdə ötən il 450 mindən çox “Model Y” və 250 mindən çox “Model 3” elektromobil istehsal edilib.

Pərviz

0