Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
Axşam.az-ın əldə etdiyi məlumata görə, buna səbəb xanəndənin səhhətindəki problemlər olub. O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.