İlk dəfədir ki, Milli Musiqi Günündə “Leyli və Məcnun” tamaşası Şuşada təqdim olunacaq.
Bunu HİT.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Xanəndə bu ifanın onun karyerasında ilk olduğunu bildirib:
“Bu əvvəllər də olmayıb, tarixi hadisədir. Heç vaxt “Leyli və Məcnun” tamaşası Şuşada göstərilməyib. Tamaşa bütöv halda Şuşada nümayiş olunacaq”.
Mənsum İbrahimov Opera və Balet Teatrının bütün kollektivinin Şuşaya yollanacağını vurğulayıb:
“Teatrın orkestri, xoru və solistləri ilə birgə hamı orada olacaq. Tədbirdə çoxlu qonaqların iştirak edəcəyi gözlənilir”.
Azra