Evdə baş ağrısından xilas ola bilərsiniz

MARAQLI
16:07 / 07.09.2023
707

Baş ağrısı insanları ən çox narahat edən problemlərdən biridir.

HİT.az bildirir ki, çətin həyat şərtləri, stress və yorğunluq kimi faktorlar baş ağrısının yaranmasına səbəb olur. 

Hər dəfə isə buna görə həkimə müraciət etmək də mümkün olmur. Lakin həkimə getmədən də evdə təbii yolla baş ağrısından xilas olmağın müxtəlif yolları var. Onlardan biri də sarıkökdür. 

Belə ki, sarıkökün baş ağrısı və miqrenə qarşı mübarizədə effektiv olduğu ortaya çıxıb. Bunun üçün bir stəkan ilıq südə sarıkök töküb qarışdırmaq lazımdır. Bunu içdikdən sonra başağrısından xilas olacaqsınız. Bunun həm də vücudunuzdakı digər ağrılara qarşı da güclü təsir etdiyi bildirilir.

Pərviz

0