Laçında saxlanılan erməni futbolçular ölkələrinə təhvil verildi

ÖLKƏ
16:31 / 07.09.2023
385

Bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 3 nəfər erməni futbolçu sərbəst buraxılıb.

HİT.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.

Məlumata görə, Azərbaycan tərəfi bu gün saat 15:30-da erməni gəncləri Həkəri körpüsü üzərində Ermənistana təhvil verib. Sentyabrın 7-si onların 15 günlük həbs müddəti başa çatıb.

Qeyd edək ki, futbolçular Azərbaycan bayrağını təhqir edərək bunu əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıblar. Həmin vaxt onlar barəsində cinayət işi başlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

0