"Toyota" yeni modelini təqdim etdi

AVTO
14:10 / 08.09.2023
1943

Yaponiyanın avtomobil nəhəngi "Toyota" yeni modelini təqdim edib.

HİT.az xəbər verir ki, yeni model "Century" adlanır.

Onun qiyməti 170 min dollardan başalayacaq. Sözügedən modeldən sadəcə 30 ədəd istehsal olunacağı açıqlanıb. 

"Century" 3,5 litrlik V6 mühərriki və arxaya quraşdırılmış elektrik mühərriki ilə tam ötürücülü hibrid güc aqreqata sahibdir. Üstəlik, onun 406 at gücündə olduğu da vurğulanıb.

Qeyd edək ki, "Toyota Century" sadəcə Yaponiyada satışa çıxarılacaq. 

Pərviz

1