Rusiyada dərin depressiya: 15 milyon insana təsir edib

MARAQLI
23:00 / 08.09.2023
637

Rusiyada aparılan yeni bir araşdırmaya görə, ölkədə hər 10 nəfərdən 1-i dərin depressiya ilə üzləşir.

Hit.az-ın məlumatına görə, bu, Strateji Təşəbbüslər Agentliyi (ASİ) tərəfindən aparılan araşdırmanın nəticəsində məlum olub. Araşdırma 40 min insanın iştirakı ilə aparılıb. 

Depressiyaya əsas səbəblər uzun sürən xəstəliklər, qohum itkisi, kredit borcu və məişət zorakılığıdır. ASİ analitikləri ölkədə 700 min vətəndaşın məişət zorakılığı ilə mübarizə apardığına diqqət çəkib.

Bundan əlavə, depressiyanın ölkədə 15 milyon insana təsir etdiyi bildirilir.

Aynur Əli

0