Zelenski hərbi əməliyyatların sürətinin səngidiyini etiraf etdi

DÜNYA
18:38 / 08.09.2023
496

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hərbi əməliyyatların tempi və Ukrayna Silahlı Qüvvələrinə xarici silahların tədarükü səngiyir. 

HİT.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat dərc olunub.

“Müharibə yavaşlayır. Amma o mövcuddur, biz bunu etiraf edirik”, deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bütün proseslər getdikcə mürəkkəbləşir və ləngiyir: anti-Rusiya sanksiyalarının tətbiqindən tutmuş Kiyevə silah tədarükünə qədər.

Prezident qeyd edib ki, əks-hücum əməliyyatını sürətləndirmək üçün Kiyevə Qərb ölkələrindən daha çox texnika, o cümlədən qırıcı təyyarələr lazımdır.

Samir

0