Türk xanımla evlənən Ağadadaş Ağayevdən şok sözlər: "Allah hər kəsə bir dəfə..."

MAQAZİN
00:33 / 12.05.2020
4810

Xalq artisti Ağadadaş Ağayev "Ay Zaur" verilişində qonaq olub.

Hit.Az xəbər verir ki, Ağadadaş Ağayev "Şəxsi həyatınızda və yaradıcılığınızda gizli nəsə varmı?" sualına belə cavab verib:

"Bəzi şeylər var ki, tamaşaçılar onu bilməməlidir. Tamaşaçı təbəqələri müxtəlifdir. Mənim yaradıcılığımı bilməyən tamaşaçım, şəxsi keyfiyyətlərimi bilməyən fanatım ola bilməz".

Xalq artisti oğlanlarının şəxsi həyatından da danışıb:

"Beş övladım var, Səbuhi hərbçi, Həmid polisdir. Oğlumun biri isə ASAN xidmətdə çalışır. Hamısının evi, maşını, vəzifəsi və həyatda möqveləri var. Allah hamıya mənim övladlarım kimi övlad qismət eləsin.

Mən, uşaqların evlilik məsələsinı qarışmağa tövbə eləmişəm. Kiminlə evlənəcəklərinə qarışmadım. Şəxsi həyatlarında uğurlusu da oldu, uğursuzu da. Allahın qisməti nədirsə, ondan qaçmaq olmaz.

Biri həyat yoldaşından ayrıldı. Öz şəxsi həyatıma görə onlara qarışmıram".

İkinci dəfə türk xanımla evlənən Ağadadaş Ağayev şəxsi həyatı haqında da etirafı ilə diqqət çəkib:

"Allah hər kəsə bir dəfə evlilik qismət eləsin. Nəsib etmirsə, o da sənin əlində deyil.

Yaradıcı insanların duyğuları fərqli olur. Duyğularımızla evləndiyimiz qadın arasında hislərimiz tərs olarsa, bir yerdə yaşamaq mümkün olmur".

Qeyd edək ki, Ağadadaş Ağayev iki dəfə rəsmi nigahda olub.

0
Teleqraf.com