Paşinyan Blinkenə də İlham Əliyevlə müzakirələr aparmağa hazır olduğunu bildirib

SİYASƏT
16:51 / 09.09.2023
566

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu deyib.

HİT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.

Öz növbəsində, ABŞ Dövlət katibi E.Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb və ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Paşinyan bu gün Blinkendən əvvəl Fransa və İran prezidentləri Emmanuel Makron və İbrahim Rəisi, eləcə də Almaniya Kansleri Olaf Şolts ilə də telefon danışığı aparıb.

0