75 yaşlı şəxsi aldadıb 3 milyonunu aldılar - Dələduz tapıldı, pullar yox

DÜNYA
22:52 / 09.09.2023
589

Türkiyənin Balıkəsir bölgəsində yaşayan 75 yaşlı N.T. özlərini polis və prokuror kimi təqdim edən fırıldaqçıların “Adınız FETÖ əməliyyatında hallanır” yalanını eşidəndə panikaya düşüb.

Publika.az xəbər verir ki, telefondakılara inanan yaşlı adam iki əcnəbinin dediyini edib və 3 milyon tl (190 min manat) dəyərində valyuta və qızıllarını dəyişdirərək fırıldaqçılara təhvil verib. 10 gün sonra pullarını geri ala bilməyən N.T. aldadıldığını anlayıb və polis bölməsinə gedib.

Polis qüvvələrinin apardığı əməliyyat nəticəsində dələduzlardan M.A İzmirdə saxlanılıb. O dələduzluqda ittiham edilərək həbs edilib. Oğurlanan pullar isə tapılmayıb.

0