Bulyonların şok təhlükələri ÜZƏ ÇIXDI

MARAQLI
16:36 / 11.09.2023
819

Yeməklərə ləzzət qatan hazır bulyonların təhlükələri üzə çıxıb.

HİT.az xəbər verir ki, bulyonların sağlamlığımıza mənfi təsir etdiyi məlum olub.

Mütəxəssislər qeyd edirlər ki, bulyonların tərkibinin 50 faizi duzdan formalaşır. Bu isə bir çay qaşığı duz deməkdir. Yəni bu, böyüklər üçün gündəlik tövsiyə olunan duz miqdarını çox üstələyir. Həddindən artıq duz istehlakı isə yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həkimlər hazır bulyonların sağlamlığımıza ciddi fəsadlar törədə biləcəyini söyləyirlər.

Üstəlik, bulyonlar selenium, vitaminlər və minerallar kimi qida maddələrini özündə ehtiva etmir. Bu səbəbdən də onun bizə heç bir faydası yoxdur. Əksinə, onun zərərli tərəfləri daha çoxdur.

Mütəxəssislər vurğulayırlar ki, hazır bulyon əvəzinə təbii yolla əldə edilən qidaları seçmək lazımdır. Unutmayın, evdə hazırlanmış toyuq və ya tərəvəz suyu kimi alternativlər həm sağlamlığımızı qoruya, həm də yeməyin dadını artıra bilər.

Pərviz

0