Alzheimer xəstəliyinin ilkin simptomları nələrdir?

MARAQLI
20:26 / 11.09.2023
756

Alzheimer yavaş şəkildə inkişaf edən bir xəstəlikdir. 

Bəs bu xəstəlik necə inkişaf edir?

Hit.az-ın məlumatına görə, xəstə əvvəlcə yaxın keçmişi xatırlamaqda çətinlik çəkir. Lakin uzaq keçmişi xatırlamaq qabiliyyətini itirməsi onda heç bir şübhə yaratmır. Öncə xəstələr diş fırçalamaq, yerimək və danışmaq kimi gündəlik işləri yerinə yetirə bilmirlər. Yavaş-yavaş onlar yol tapmaqda, yaxınlarını tanımaqda çətinlik çəkirlər.

İnkişaf etmiş bir Alzheimer xəstəsini gündəlik həyatda müşayiət etmək çox vacibdir. Birgə yaşayarkən xəstənin yaxınlarının xəstəliyin inkişafı və gedişi haqqında məlumat sahibi olmaları və xəstənin vəziyyətinə uyğun olaraq gündəlik həyatlarını gözdən keçirmələri faydalı olar.

Alzheimer xəstəliyinin səbəbləri arasında bir çox fərqli faktor qeyd olunur. Lakin onun meydana gəlməsinin dəqiq səbəbi bilinmir. Buna görə də xəstəliyin tam müalicəsi hələ də tədqiqat mərhələsindədir.

Bu gün tətbiq edilən müalicələr erkən diaqnozda xəstəliyin gedişatını ləngidən dərmanlar və zehni məşqlər şəklindədir. Bu səbəbdən xəstəliyin erkən diaqnozu xəstənin uzun müddətli həyat keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Alzheimerin əsas əlaməti unutqanlıqdır, lakin bütün unutqanlıqlar Alzheimer xəstəliyinin əlaməti deyil. Gündəlik həyatımızın məşğuliyyətində diqqət etdiyimiz şeylərdən asılı olaraq, bizim üçün daha az əhəmiyyət kəsb edən və diqqət etmədiyimiz mövzuları da unuda bilərik.

2020-ci ildə yayımlanan məlumata görə, dünyada 52 milyona yaxın insan alzheimer xəstəliyindən əziyyət çəkir. Proqnozlara əsasən, 2030 ildə bu rəqəmin 75, 2050 ildə isə 152 milyona qədər artması gözlənilir.

Aynur Əli

1