Xalq artisti: "Dərdimin əlacı İsraildədir"

MƏDƏNİYYƏT
18:04 / 11.09.2023
900

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.

Bu barədə Hit.az-a açıqlama verən aktrisa ağrılardan bezdiyini bildirib.

“Ayağım dəhşət ağrayır, ağrıkəsicilər içirəm, gəzə bilmirəm. Mədəm də dərman içməkdən xarab olub. Burada müalicə olundum, keçmədi. Sonra Türkiyəyə getdim. Dedilər ki, ayağının aşağı hissəsi, topuğumda əməliyyat olunmalıdır. Amma əməliyyat zamanı ora nəsə qoya bilmirlər, dondurmalıdırlar. Donmaq da nədir? Əlil olursan. Mən də istəmədim. Hələ ki, dərman içirəm, nə qədər dərman olar ey, bezdim”, deyə Naibə Allahverdiyeva bildirib.

Xalq artisti Azərbaycanda bir çox həkimə müraciət etdiyinu, amma dərdinin əlacı İsraildə olduğunu vurğulayıb:

“Sanatoriyaya getdim, orada müayinədən sonra daha da ağırlaşdım. Analizlərimi göndərməliyəm İsrailə, görək nə deyəcəklər”.

Azra

0