Rusiya Rumıniyaya hücuma hazırlaşır? - NATO-dan açıqlama

DÜNYA
22:05 / 11.09.2023
410

NATO baş katibinin müavini Mirça Coana bildirib ki, Rusiya NATO ölkələrinə, o cümlədən Rumıniyaya hücum etməyi planlaşdırmır.

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

“Rusiya Federasiyasının istər Rumıniya, istərsə də hər hansı digər dövlətə - NATO-ya hücum etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur. Rumıniyanın bu münaqişəyə qarışması və ya bu münaqişənin bizə sirayət etməsi riski yoxdur”, deyə Mirça Coana bildirib.

Eyni zamanda, Mirça Coana qeyd edib ki, Rumıniya hakimiyyəti ölkə sərhədinə düşən pilotsuz təyyarənin qalıqları ilə bağlı araşdırma aparır. 

Sentyabrın 9-da Rumıniya Milli Müdafiə Nazirliyi Tulça qraflığının Plauru ərazisində rus hərbçilərinin istifadə etdiyinə oxşar pilotsuz uçuş aparatının yeni fraqmentlərinin aşkar edildiyini bildirib.

Sentyabrın 6-da səhər Rumıniyanın müdafiə naziri Anxel Tilvar ölkədə Rusiyaya məxsus pilotsuz uçan aparat olduğu güman edilən dağıntıların aşkar edildiyini açıqlayıb. Onun sözlərinə görə, təyyarənin qalıqları sentyabrın 5-i axşam saatlarında Ukrayna limanlarında partlayışlar barədə xəbərlər fonunda Ukrayna ilə sərhəddə yerləşən Plauru ərazisində aşkar edilib.

Samir

0