Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlama tarixi 2023-cü ilin sonuna kimi gözlənilir.
HİT.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
"Ukrayna ilə bağlı ilin sonuna kimi konkret qərar veriləcək. Eyni tarixin Moldova üçün də keçərli olduğunu güman edirəm", deyə Serbiya dövlət başçısı qeyd edib.
Sentyabrın əvvəlində Kiyev yaxın iki ildə Avropa İttifaqına üzv olmağa hazır olduğunu bəyan edib. Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə görə, ölkəsində münaqişənin gedişi Kiyevin Aİ-yə üzvlüyünün siyasi vaxtını müəyyən edəcək. Rəsmi hesab edir ki, Ukrayna hakimiyyəti hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropa İttifaqına sürətlə daxil olmaq üçün indikindən 10 dəfə çox iş görməli olacaq.
Samir