Ukraynanın "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko bildirib ki, Kiyev Rusiya ilə münaqişə zamanı parlament seçkiləri keçirməyəcək.
HİT.az xəbər verir ki, o, bu barədə "Euroactiv"ə müsahibəsində bildirib.
“Seçkilər zamanı siyasi partiyalar bir-biri ilə mübarizə aparır. Münaqişə zamanı bizə xalqın birliyi lazımdır”, deyə Timoşenko bildirib.
Onun nöqteyi-nəzərindən parlament seçkiləri yalnız hərbi əməliyyatların başa çatmasından altı ay sonra keçirilə bilər. Bu, insanların Ukraynaya qayıtmasına ehtiyac olması ilə bağlıdır.
Siyasətçi hesab edir ki, hazırda demokratik seçkilərin həyata keçirilməsi üçün həddən artıq məhdudiyyətlər var.
Samir