Almaniya ölkəyə daxil olan ruslara güzəşt etməyəcək

DÜNYA
23:00 / 12.09.2023
471

Almaniya gömrüyü Rusiya vətəndaşlarına qarşı Avropa İttifaqı sanksiyalarından istisna etməyəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə RBC Almaniyaya getməyi planlaşdıran Rusiya vətəndaşının sorğusuna gömrük idarəsinin cavabına istinadən məlumat yayıb.

Alman gömrüyünün izahatlarında deyilir ki, istisnasız olaraq bütün mallar, o cümlədən smartfonlar, noutbuklar və s. idxal qadağasına məruz qalır.

“Rusiyadan gələn şəxslərin şəxsi istifadəsi üçün heç bir ümumi istisna nəzərdə tutulmayıb” deyən agentlik gömrük məntəqələrində aşkar edilmiş bütün sanksiyaya məruz qalan malların “sonrakı emal üçün saxlanılacağı və ya müsadirə ediləcəyi” barədə xəbərdarlıq edib.

Bu məhdudiyyətlər Aİ-nin Rusiyaya qarşı 8 sanksiya paketinin 2022-ci ilin iyulunda qüvvəyə minməsindən bəri qüvvədədir.

Samir

0