Həyat yoldaşı Leyladan ayrıldı

MAQAZİN
23:14 / 12.09.2023
888

"O səs Türkiyə” yarışmasından tanınan müğənni Leyla Rəhimova həyat yoldaşından ayrılıb. 

HİT.az xəbər verir ki, uzun illərdir Amerikada yaşayan cütlük evliliyinə son qoyub. Bu haqda Leylanın həyat yoldaşı Zaur məlumat yayıb. 

"Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son", - deyə, o, paylaşımında yazıb. 

Qeyd edək ki, Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var. 

0