137 min nəfər siqareti tərgitdi - Maraqlı statistika

MARAQLI
10:05 / 13.09.2023
831

Türkiyədə maraqlı statistika qeydə alınıb.

HİT.az xəbər verir ki, qardaş ölkədə son 8 ildə siqareti tərgidən insanların sayı açıqlanıb.

Belə ki, 2015-ci ildən indiyə kimi 136 min 961 vətəndaşın siqareti tərgitdiyi məlum olub.

Bu barədə Səhiyyə Nazirliyi Xalq Sağlamlığı Ümumi Müdirliyi, Tütün və Maddə Asılılığı ilə Mübarizə İdarəsi, Məsləhət və Dəstək Xətləri vahid müdiri Şengül Sevim açıqlama verib.

O, tütün məmulatlarından istifadəni tərgitmək istəyənləri həvəsləndirməyə və tərgitməyə qərar verənlərə dəstək olmağa xidmət edən Səhiyyə Nazirliyinin "ALO 171" siqareti tərgitmə məsləhət xidməti barədə danışıb. Təkcə 2023-cü ildə sözügedən xidmətə gün ərzində 1000-1500 zəngin daxil olduğu diqqətə çatdırılıb. 

O da qeyd olunub ki, siqareti tərgitmək istəyən şəxslər xüsusi poliklinikaya yönləndirilir və proses 1 il ərzində davam etdirilir. 

Pərviz

0