Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışının olmaması barədə məlumat dərc edib.
Məlumata görə, dünyada 33 faiz insanın internetə çıxışı yoxdur. 2022-ci ildə internetə qoşulmayan insanların sayı 2,7 milyard olub.
Ümumiyyətlə, internet müasir dünyanın əvəzolunmaz vasitələrindən biridir. İnsanlar gündəlik həyatlarında internet üzərindən bir çox əməliyyatlar həyata keçirirlər. İnternet sürəti isə əsasən ölkədən ölkəyə dəyişə bilər.
Bəs dünyanın ən sürətli interneti hansı ölkələrdədir?
Hit.az bununla bağlı araşdırma aparıb.
Monako
Son ölçmələrə görə, Monako dünyanın ən sürətli sabit şəbəkəsindən istifadə edən ölkədir. Monakoda sabit internet sürəti testləri nəticəsində orta yükləmə sürəti 320,08 Mbit/s , yükləmə sürəti isə 203,20 Mbit/s müəyyən edilib.
Sinqapur
Sinqapur siyahıda ikinci yerdədir. Ölkə üzrə orta yükləmə sürəti 295,78 Mbit/s , yükləmə sürəti isə 277,82 Mbit/s olub .
Çili
Cənubi Amerika ölkələrindən biri olan Çili internet sürəti baxımından ən şanslı ölkələrdən biridir. Çünki Çilidə sabit şəbəkə istifadəçilərinin orta yükləmə sürəti 291,62 Mbps və yükləmə sürəti 246,79 Mbit/s təşkil edir.
Honq Konq
Honq Konqun orta internet sürəti ilə vətəndaşlarını qane etdiyini deyə bilərik. Testlərdə ölkə üzrə stasionar şəbəkə üzrə orta yükləmə sürəti 285,70 Mbit/s , yükləmə sürəti isə 238,70 Mbit/s təşkil edib.
İsveçrə
Ən sürətli sabit şəbəkədən istifadə edən 5-ci ölkə İsveçrədir. Dünyanın bir çox sahələr üzrə qabaqcıl ölkələrindən biri olan İsveçrədə aparılan sınaqlar nəticəsində orta yükləmə sürəti 278,40 Mbit/s , yükləmə sürəti isə 181,97 Mbit/s müəyyən edilib.
Onu da qeyd edək ki, 2023-ci ilin yanvar ayında Azərbaycanda internetə mobil və genişzolaqlı çıxış müafiq olaraq 32,06 (2022-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə 8,2 faiz azalma) və 26,25 (3,3 faiz azalma) Mbit/san təşkil edib.
Aynur Əli