Ağdam Dram Teatrı "Dərs" və "Hasarın o üzünü" hazırlayır

MƏDƏNİYYƏT
12:06 / 14.09.2023
783

Sentyabrın 15-də Ağdam Dövlət Dram Teatrı yeni mövsümünü açıq elan edəcək.

Teatrdan Hit.az-a verilən məlumata görə, yaradıcı heyət S. İbrahimlinin “Dərs" tamaşasıyla tamaşaçılarını salamlayacaq. Tamaşanın quruluşçu rejissoru Kərim Həsənovdur.

Bundan əlavə kollektiv daha bir əsərə müraciət edib. Hazırda Əli Əmirlinin “Hasarın o üzü" əsərinin məşqi gedir. Tamaşanın quruluşçu rejissor Səbuhi Əhmədovdur.

“Hasarın o üzü" əsəri əsasında hazırlanan tamaşa oktyabrda teatrsevərlərə tədim olunacaq.

Azra

0