Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndər (Xisamova) iki kiloqram mefedron və bir doza kokainlə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tanınmış aktrisanın avtomobilindən içərisində iki kiloqrama yaxın mefedron olan bağlamalar aşkar edilib. Penza Narkotiklərlə Mübarizə İdarəsindən açıqlanıb ki, onun evində daha çox dozada mefedron və kokain tapılıb.
Axtarışlardan sonra sənətçi saxlanılıb. Onun barəsində xüsusilə külli miqdarda narkotik vasitələrin istehsalı və satışı ilə bağlı cinayət işi açılıb.